ENES YILDIRIM
Bakı Dövlət Universitetinin doktorantı
İKİNCİ QARABAĞ MÜHARİBƏSİ ZAMANI AVROPA İTTİFAQININ MÖVQEYİ
VƏ MÜHARİBƏDƏN SONRA AZƏRBAYCANLA MÜNASİBƏTLƏRİN
YENİDƏN FORMALAŞMASI
DOI: https://doi.org/10.36719/2708-065X/106/203-209
2020-ci ilin payızında baş verən və 44 gün davam edən İkinci Qarabağ Müharibəsi, Azərbaycan ilə Ermənistan arasında qısa, lakin son dərəcə mühüm bir savaş olaraq tarixə düşdü. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini və Cənubi Qafqazda yeni bir geosiyasi mənzərənin formalaşmasını təmin etdi. Müharibənin bitməsi ilə birlikdə, Avropa İttifaqının (Aİ) tutumu və Azərbaycan ilə olan münasibətlərinin yenidən qurulması mühüm bir dönüş nöqtəsi olacaq.
Açar sözlər: İkinci Qarabağ müharibəsi, Avropa İttifaqı, Azərbaycan, ərazi bütövlüyü, Cənubi Qafqaz, enerji təhlükəsizliyi.