MURAZ SÜLEYMANOV

Bakı Dövlət Universiteti

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin doktorantı

Murazsuleymanov01@gmail.com 

 

AZƏRBAYCAN RESPUBLİKASINDA E-HÖKUMƏTİN YARANMASI VƏ ELEKTRON İDARƏÇİLİYƏ DAİR QANUNVERİCİLİK BAZASININ FORMALAŞDIRILMASI

 

DOI: https://doi.org/10.36719/2708-065X/106/230-235

 

Məqalədə yeni dövlət idarəetmə forması kimi elektron hökumətin yaranmasından, formalaşma­sından, aktuallığından və bu sahədə qəbul edilmiş qanunvericilik aktlarının əhəmiyyətindən bəhs olu­nur. Eyni zamanda, Azərbaycan Respublikasında elektron idarəçilik sahəsində həyata keçirilən isla­hatlar, qəbul edilən qanunlar şərh edilir və müvafiq təkliflər qeyd olunur. Müasir dövrdə elektron höku­mət demokratiyanın bir göstəricisi kimi çıxış edir, çünki elektron hökumət özündə şəffaflıq, operativlik, səmərəlilik, nəzarət və hesabatlılıq kimi məfhumları ehtiva edir. Elektron hökumətə keçid inkişaf et­məkdə olan ölkələrə nisbətdə inkişaf etmiş ölkələrdə daha erkən baş vermiş və formalaşdırılmışdır. Lakin e-hökumətin özəl xüsusiyyətlərindən biri onun dünya dövlətlərinin idarəçiliyi prosesinə daha sürətlə yayılması və formalaşması olmuşdur. Burada informasiya və kommunikasiya avadanlıqları müstəsna əhəmiyyətə malikdir. Texnologiyaların sürətli inkişafı dövlət idarəçiliyinə də təsirsiz ötüşmə­miş və bu sahədə islahatların həyata keçirilməsini tezləşdirmişdir. Demokratik idarəetmənin bir göstə­ricisi kimi rəqəmsal idarəetmənin formalaşması hökumətlər qarşısında duran əsas məqsədlərdən biri olmuşdur. Azərbaycan Respublikasında da bu sahəyə son illərdə xüsusi diqqət yetirilməsi dövlət xid­mətlərinin elektronlaşdırılması, vətəndaş-məmur münasibətlərinin minimuma endirilməsi və bütün proseslərdə şəffaflığın, təhlükəsizliyin təmin edilməsinə dəstək olmuşdur.

Açar sözlər: informasiya, idarəetmə, qanunvericilik, e-hökumət, rəqəmsallaşma.



YÜKLƏ [264.84 Kb]
Baxış: 69
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]