İLKİN ƏHMƏDZADƏ
Bakı Dövlət Universitetinin doktorantı
BEYNƏLXALQ TERRORİZMLƏ SİSTEMLİ MÜBARİZƏ
ZAMANIN TƏLƏBİDİR
DOI: https://doi.org/10.36719/2708-065X/106/240-246
XX əsrin sonlarından etibarən beynəlxalq münasibətlər öz inkişafında yeni mərhələyə qədəm qoydu. Soyuq müharibə başa çatsa da, beynəlxalq aləmdə qarşıdurmadan əməkdaşlığa keçilməsinin ömrü qısa oldu. Yeni beynəlxalq şərait özü ilə ciddi problemlər gətirdi. Dünya nizamında tarazlığın pozulması ayrı-ayrı dövlətlərin hegemonluq uğrunda mübarizəsini şərtləəndirdi və buna etiraz öz ifadəsini terrorizmdə tapdı. ABŞ-ın qlobal gücə çevrilməsi və islam dünyasına qarşı reallaşdıtrmağa çalışdığı layihələrə cavab reaksiyası 2001-ci il 11 sentyabr terror aktları oldu. ABŞ-ın rəhbərliyi altında yaradılan Anti-terror Koalisiyasının beynəlxalq terrorizmə qarşı başladığı mübarizə hazırda da davam etməkdədir. Qloballaşma prosesləri dərinləşdikcə terrorçuluğun formaları dəyişir, mahiyyət və məzmunca mürəkkəbləşir ki, belə şəraitdə ayrı-ayrı və ya qrufp şəklində dövlətlərin ona qarşı mübarizəsi istənilən səmərəni vermir. Beynəlxalq terrorizmlə mübarizədə istənilən nəticənin əldə olunmaması bu mübarizənin sistemsiz şəkildə və fərqli məqsədlərə uyğun olaraq aparılmasındadır.
Məqalədə ümumplanet miqyasında real təhlükəyə çevrilmiş beynəlxalq terrorizmlə mübarizənin aktual problemləri təhlil edilir və bu mübarizənin səmərəliliyinə təsir göstərə bilən amillərin səciyyəsi verilir.
Açar sözlər: ABŞ-da 2001-ci il 11 sentyabr hadisələri, qloballlaşma, beynəlxalq terrorizm, anti-terror fəaliyyəti, dövrləşməsi, terrorizmin mənalandırılması, fərqli maraq və məqsədlər, hibrid müharibə, dövlət terrorizmi.