VÜSALƏ ƏLİYAROVA

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun

“Fiziki antropologiya ” laboratoriyasının elmi işçisi

[email protected]

 

SON TUNC DÖVRÜ SARIÇOBAN KURQANINDAN TAPILMIŞ

AT YÜYƏNİNƏ AİD BƏZİ TUNC KÖMƏKÇİ VASİTƏLƏR HAQQINDA

 

DOI: https://doi.org/10.36719/2708-065X/106/247-251

 

Qarabağ çoxtipli və çox dövrlü arxeoloji abidələrlə zəngindir. Onların arasında Tunc və Erkən Dəmir dövrlərinə aid kurqanlar xüsusi əhəmiyyət kəsb edir. Bu kurqanların arxeoloji tədqiqi XIX əsrin 90-cı illərində başlanmış və XXI əsrin əvvələrində davam etdirilmişdir. Qarabağda yeni sistemli ar­xeoloji qazıntılar 1980-cı ildən başlayaraq aparılmışdır. Həmin tədqiqatlar zamanı əvvəllər məlum olmayan kurqanlar aşkar edilmişdir. Bu kurqanlara – Borsunlu, Bəyimsarov və Sarıçoban kurqanla­rını göstərmək olar. Təqdim olunan məqalədə artefaktlarının zənginliyi ilə seçilən Sarıçıban kurqa­nından tapılmış at yüyəninə aid bəzi köməkçi vasitələr haqqında məlumat veriləcəkdir.

Sarıçoban kurqanı – Azərbaycanın Ağdam rayonu Sarıçoban kəndinin cənub və cənub-qərb kə­narında yerləşən torpaq kurqanlar qrupuna daxildir. Kurqanın dövrü e.ə. XII – XI əsrlərə aiddir. Kur­qan haqqında ədəbiyyatlarda kifayyət qədər məlumatlar vardır. Görkəmli arxeoloq Hidayət Cəfərovun rəhbərlik etdiyi arxeoloji ekspedisiya kurqanın quruluşunu və xüsusiyyətlərini müəyyən etməklə yana­şı, qədim Azərbaycanda hərbi işlərin inkişafı ilə bağlı təsəvvürümüzü kökündən dəyişdirən yüzlərlə əşya tapmağa nail olmuşdur.

Açar sözlər: Qarabağ, arxeologiya, Sarıçoban kurqanı, at yüyəni.



YÜKLƏ [389.2 Kb]
Baxış: 71
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]