ƏSMƏD MUXTAROVA

Bakı Dövlət Universitetinin 

“Türk xalqları tarixi” kafedrasının müdiri, 

tarix elmləri doktoru, professor

[email protected]

 

SEYFƏDDİN RZASOY

AMEA Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri,

filologiya elmlər doktoru, professor

[email protected]

 

ÜMUMTÜRK TARİXŞÜNASLIĞINA QİYMƏTLİ TÖHFƏ

 

DOI: https://doi.org/10.36719/2708-065X/106/259-263

 

Bu yaxınlarda təkcə Azərbaycan tarixşünaslığında deyil, eləcə də ümumtürk tarixşünaslıq elmində funda­mental hadisə sayıla biləcək bir nəşr işıq üzü gördü. Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Univer­sitetinin dos.v.i.e Taleh Vəzir oğlu Cəfərovun 2 cildlik “Türk xalqları və dövlətlərinin tarixi” dərsliyi (I cild. Ba­kı: Azərnəşr, 2024, 604 s.; II cild. Bakı: Azərnəşr, 2024, 348 s.) tələbələrin və ümumən tarixlə maraqlananların istifadəsinə verildi.

Milli Məclisin üzvü, maarifçilik layihələrinin ger­çəkləşməsinə daim yardım edən Cavanşir Feyziyevin ma­liyyə dəstəyi ilə yüksək poliqrafik keyfiyyətdə çap olun­muş ikicildliyin elmi redaktoru prof. Sevinc Əliyeva, rəy­çiləri prof. Əsməd Muxtarova, prof. Osman Karatay, dos. Qabil Bəşirov, dos. Bəhman Ağayevdir.



YÜKLƏ [223.14 Kb]
Baxış: 191
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]