KƏNAN ƏHMƏDOV
Bakı Dövlət Universitetinin doktorantı
MÜASİR DÖVRDƏ ÇİNİN XARİCİ SİYASƏTİNİN ANALİZİ
Müasir dövrdə beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklərdən yararlanmaq və ya digər adlandırma ilə dəyişikliklərə uyğunlaşma kimi xüsusiyyətlər daha önəmli xarakter almışıdır. Bu baxımdan Çinin “Qlobal güc” olmağa istiqamətlənmiş yüksəlişi nümunə kimi göstərilə bilər. Çox da uzaq olmayan keçmişdə inkişaf xüsusiyyəti diqqət çəkməyəcək dərəcədə zəif olan bir dövlətin yarım əsrlik bir müddətdə əhəmiyyətli dəyişikliklərə gedərək prombelmləri fürsətə çevirməsi tədqiqatçıların diqqətini Çinə yönəldən əsas amillərdən bəlkə də birincisi olmuşdur. Məqalədə Çin xarici siyasətinin xüsusiyyətləri və onun digər güclərlə mübarizədə nə dərəcədə faydalı olmasının analizi aparılacaqdır.
Açar sözlər: Beynəlxalq münasibətlər, xarici siyasət, Çin, “yümşaq güc”.