MƏTANƏT MƏMMƏDOVA

Bakı Dövlət Universitetinin dosenti

[email protected]

 

AZƏRBAYCAN TARİXİNIN TƏDRİSİNDƏ SOYQIRIM MƏSƏLƏSİ

 DOI: https://doi.org/10.36719/2708-065X/107/307-313

 

Tarix baş verənləri bir də təkrar etməyə məcburdur. Çünki ona qulaq asan olmur.

Lorens Piter.

 

Soydaşlarımızın Ermənistan Respublikası ərazisindəki ata-baba yurdlarından deportasiya edil­məsi, onların insan hüquqlarının kütləvi surətdə pozulması tarixi fakt kimi danılmazdır. Təcavüzkar erməni şovinizminin azərbaycanlılara qarşı planlı surətdə həyata keçirdiyi mənfur soyqırım siyasəti tarix dərsliklərimizdə bu və ya digər dərəcədə yer almaqdadır. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpa və inkişafı, Vətən tarixinin ümumtəhsil məktəblərimizdə müasir meto­doloji yanaşmalar əsasında öyrənilməsi gənc nəsillərə çatdırılması üçün əlverişli zəmin yaratdı. Ümummilli lider Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli xüsusi fərman imzalamışdır. Soyqırım məsələsi 2012-ci ildə nəşr edilən V siniflər üçün “Azərbaycan tarixi” dərsliyində, 2014-cü ildə nəşr edilən 8-ci siniflər üçün “Qarabağ tarixi” dərsliyində bu və ya digər dərəcədə öz əksini tapmışdır. 2016-cı ildə nəşr edilən IX siniflər üçün “Azərbaycan tarixi” dərsliyində yetəri qədər tutarlı faktlarla 1918-ci il Mart soyqırımı haqqında məlumat yer almış, 2018-ci ildə nəşr edilən XI siniflər üçün “Azərbaycan tarixi”dərsliyində mart hadisələri “Bakı Sove­tinin azərbaycanlılara qarşı soyqırımı siyasəti” adlı mövzuda geniş şəkildə qələmə alınmışdır. 2021-ci ildə çapdan çıxan IX siniflər üçün “Zəfər tarixi” kursu üzrə dərs vəsaitində tarixi keçmişlə qarşı­lıqlı əlaqə formasında İkinci Qarabağ müharibəsindəki tarixi qələbəmiz işıqlandırılmış, Mart Soyqı­rımı haqqında məlumat verilmişdir. Bu tarixi hadisələrin tədrisi yetişən gənc nəsilin qan yaddaşına hoparaq, onlara öz milli tarixini öyrənmək, sevdiyi Vətən, torpaq uğrunda lazım gələrsə ölmək mənə­viyyatını öyrədir. Gənclərimizdə milli mənlik şüurunu daha da inkişaf etdirərək, 44 günlük Vətən müharibəsində olduğu kimi qəhrəmanlıqlar göstərməyə sövq edir.

Açar sözlər: soyqırım, şovinizm, faciə, miilli münaqişə, tarixin tədrisi.



YÜKLƏ [256.33 Kb]
Baxış: 22
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]