ŞƏFAYƏT FƏRƏCOV
Bakı Dövlət Universiteti, “Dünya azərbaycanlıları tarixi”
tarixi-demoqrafiya ETL-nin aparıcı elmi işçisi, t.ü.f.d.
HİKMƏT ƏHMƏDOV
Bakı Dövlət Universiteti, böyük elmi işçi, t.ü.f.d.
XIX-XXI ƏSRİN BİRİNCİ ONİLLİYİNDƏ
QƏRBİ AZƏRBAYCANIN TARİXİ- DEMOQRAFİYASI
DOI: https://doi.org/10.36719/2708-065X/107/290-294
Məqalədə XIX-XXI əsrlərdə Qərbi Azərbaycan ərazisində keçirilən siyahıyaalmalar əsasında əhalinin demoqrafik vəziyyətinə həsr olunub. XIX əsrdə ölkəmiz ərazisində aparılan siyahıyaalmalarda rus işğalı nəticəsində ərazilərimizdə baş verən miqrasiya prosesləri, Rusiya hökmranlığı dövründə Qərbi Azərbaycana köçürülüb gətirilən ermənilərin və digər əcnəbilərin sayı, bu köçmələrin sayəsində etnosiyasi və etnodemoqrafik vəziyyətin əsaslı dəyişməsi, bu dəyişmələrin nəticəsində etnik ərazilərin, əhalinin etnik tərkibinin dəyişdirilməsi problemi elmi araşdırılır.
Açar sözlər: əhali, inzibati-ərazi bölgüsü, milli, qəza, dairə, bələdiyyə, qəsəbə, kənd, kənd soveti, şəhər, şəhər soveti, inzibati mərkəz, əhalinin siyahıyaalınması.