BƏXTİYAR ƏHMƏDOV
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun
aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
KEÇMİŞ ERMƏNİSTAN SSR-in BASARKEÇƏR RAYONUNUN
İNZİBATİ-ƏRAZİ BÖLGÜSÜ VƏ TARİXİ COĞRAFİYASI
(1930-1988-ci illər)
DOI: https://doi.org/10.36719/2708-065X/107/282-289
Məqalədə ölkəmizin Rusiya tərəfindən təkrar işğalından sonra – XX əsrin 20-ci illərində yenidən inzibati-ərazi bölgüsünə məruz qalması, bölgə və rayonlarda yaşayış məskənlərinin tabeliyini dəyişdirilməsindən, 1930-cu ildə İrəvan quberniyasının ləğvindən, bu ərazidə 3 yeni rayonun – Basarkeçər, Yeni Bəyazid və Martuni rayonlarının yaradılmasından, həmin rayonların və onlara daxil olan kəndlərin tarixi coğafiyasının yenidən araşdırılmasından bəhs olunur.
Açar sözlər: Cənubi Qafqaz, Göyçə mahalı, Basarkeçər, Yeni Bəyazid, Qızılvəng, Qırxbulaq.