ƏLƏDDİN MƏLİKOV

Azərbaycan İlahiyyat İnstitutunun dosenti,

“AcademyGate Publishing”-in elmi tədqiqatçısı

https://orcid.org/0000-0001-5830-6764

https://isni.org/isni/0000000514199177

[email protected]

 

XACƏ NƏSİRƏDDİN TUSİNİN “BAĞDAD HADİSƏSİNİN KEYFİYYƏTİ”

TRAKTATININ TƏRCÜMƏSİ VƏ QISA TƏSVİRİ

 

DOI: https://doi.org/10.36719/2708-065X/107/275-281

 

Xacə Nəsirəddin Tusi həm böyük alim və nəzəriyyəçi, həm də görkəmli siyasi xadim olmuşdur. O Hülakü xanın və oğlu Abaqa xanın rəğbətini qazanmış, sarayda böyük nüfuz və hörmətə sahib ol­muşdur. Həmçinin İlxanilər dövlətinin daxili və xarici siyasətinin təyin edilməsində mühüm rol oyna­mışdır. Monqolların İslam coğrafiyasına, xüsusilə də İslam xilafətinin mərkəzi Bağdada hücumu cid­di nəticələrlə yadda qalıb. O cümlədən Bağdadın süqutu, Abbasilər sülaləsinin aradan getməsi, xəli­fənin öldürülməsi və sözügedən coğrafiyada geniş dağıntıların ortaya çıxması onların hücumunun nəticələri kimi qiymətləndirilir.

Bu məqalədə sözügedən ittiham barədə qısaca məlumat vermək və onu ən qədimi tarixi mənbə­lərə əsaslanaraq təkzib etmək niyyətindəyik. Buna görə qərara gəldik ki, ilk mərhələdə “Cahangüşa­yi Cuveyni” kitabında gələn Xacə Nəsirəddin Tusinin (şəxsən özünün yazdığı) “Bağdad hadisəsinin keyfiyyəti” adlı qısa traktatının (risaləsinin) mətnini tərcümə edək. Bu traktatın qısa olmasına bax­mayaraq, Hülakü xanın döyüşlə bağlı qərar verməsindən ta Bağdadın tutulması və Abbasi xilafətinin dağılmasının daxili amillərinin təhlilinə qədər bütün məqamlara toxunulmuşdur. Traktatın əhəmiyyə­ti onun mövzu ilə bağlı ən yaxın və yaxşı iştirakçısı tərəfindən yazılmasıdır. Çünki əvvəla Nəsirəddin Tusinin özü Bağdad hadisəsinin əyani şahidi olmuşdur. İkincisi budur ki, Tusi bu əsərdə monqolların Bağdada yürüşünün mahiyyətini araşdırıb, Hülakü xanın bura yürüşündə özünün hər hansı bir fəaliyyəti və rolundan söz açmayıb. Üçüncü budur ki, əgər Tusi bu hadəsədə rolu olmuş olsaydı və ya başqa əqidə daşıyıcılarından intiqam almaq fikrində olsaydı, baş verənlərlə bağlı azacıq da olsa öz roluna işarə edər və ya öz rolunu və razılığını nümayiş etdirərdi. Halbuki bu traktatda əsla bu məsə­lə müşahidə edilmir.

Açar sözlər: Nəsirəddin Tusi, Bağdadın süqutu, Hülakü xan, Son Abbasi xəlifəsi, Mötəsim.



YÜKLƏ [318.13 Kb]
Baxış: 25
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]