FUAD HÜSEYNOV
AMEA-nın Lənkaran Regional Elmi Mərkəzinin elmi işcisi
ƏLİKÖMƏKTƏPƏ ABİDƏSİNİN DAŞDAN DÜZƏLDİLMİŞ ƏMƏK ALƏTLƏRİ
DOI: https://doi.org/10.36719/2708-065X/107/243-249
Məqalədə Azərbaycanın cənub-şərq bölgəsinin bir hissəsi olan Muğanda-Cəlillabad rayonu ərazisində yerləşən erkən əkinçilik dövrü qədim yaşayış yeri olan Əliköməktəpə eneolit abidəsində 1970-ci illərdə aparılan arxeoloji qazıntı işləri zamanı aşkar edilmiş, oturaq əkinçi və maldar qəbilələrə aid olan və onların məişət və təsərrüfat həyatında önəmli yer tutan daşdan düzəldilmiş müxtəlif məzmunlu əmək alətləri haqqında məlumat verilmişdir. Belə ki, Əliköməktəpə sakinləri Azərbaycanın digər həmdövr yaşayış məskənlərində yaşayan sakinlər kimi məişət və təsərrüfat həyatında, çox ustalıqla düzəldilən digər məişət avadanlıqları ilə yanaşı obsidian və çaxmaqdaşından hazırlanmış dən daşları, həvəngdəstələrdən, baltalardan və müxtəlif kəsici alətlərdən və s. istifadə etmişlər. Məqalədə həmçinin Əliköməktəpə eneolit dövrü sakinlərinin istifadə etdikləri bu əmək alətlərinin, Azərbaycanın digər eneolit dövrü abidələrində aşkar olunmuş daş əmək alətləri ilə müqayisəli təhlili verilmiş və bu əmək alətlərinin bəzi nümünələri düzəldilərkən istifadə edilən xam malın necə əldə edilməsinə və qonşu tayfalarla ehtimal olunan iqtisadi əlaqələrinə azda olunsa toxunulmuşdur.
Açar sözlər: Dən daşı, həvəngdəstə, balta, çəkməçi bıçağı, oraq dişi, bıçaqvari lövhə, qaşov, sıyırğa, iskənəvari alət.