RƏNA İBRAHİMOVA

Bakı Dövlət Universiteti Arxeologiya və Etnoqrafiya 

kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru

[email protected]

 

QARABAĞIN QEYRİ-MADDİ MƏDƏNİ İRSİ

 

DOI: https://doi.org/10.36719/2708-065X/107/217-222

 

Məqalə Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarına həsr olunmuş XIX əsrin ikinci yarısına aid yazılı mənbələr əsasında əhalinin etnik tərkibinin, təsərrüfat fəaliyyətinin, ailə hə­yatının öyrənilməsi haqqındadır. Yerli əhali əsasən azərbaycanlılar, azsaylı şiə kürdlər, ermənilər, tatlar və rus təriqətçilərindən ibarət idi. Onlar süni suvarmadan istifadə etməklə əkinçilik, bağçılıq, üzümçülük, arıçılıq, taxıl və paxlalı bitkilər becərməklə, pambıqçılıq və çəltikçiliklə məşğul olurdu­lar. Yaylaq maldarlığı mühüm əhəmiyyət kəsb edirdi, əhalini ət-süd məhsulları, sənətkarlıq və xalça­çılıq üçün xammal ilə təmin edirdi. Məqalədə ailə başçısı atanın ölümündən sonra əmlak bölgüsü qaydaları, şəriətə görə nikah, “qan davası” kimi azərbaycanlıların patriarxal adət-ənənələri də araşdırılır.

Açar sözlər: Qarabağ, Zəngəzur, etnik tərkib, maldarlıq və əkinçilik təsərrüfatı, sənətkarlq, ailə məişəti.



YÜKLƏ [232.35 Kb]
Baxış: 8
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]