SABİR ƏHMƏDOV
Bakı Dövlət Universitetinin
Asiya və Afrika ölkələri tarixi kafedrasının magistrantı
sabir.axmedov2002@gmail.com
TAYVAN PROBLEMİNDƏ ABŞ-NIN ROLU
DOI: https://doi.org/10.36719/2708-065X/107/211-216
Tayvan problemi XX əsrin 50-ci illərindən etibarən ABŞ-nın xarici siyasətinin mühüm istiqamətlərindən biri hesab edilir. Bu problemin əsas mahiyyətini açmaq və ABŞ-nın bu problemdə rolunu öyrənmək üçün, ilk növbədə 1894-1895-ci illər Çin-Yapon müharibəsinin nəticələrinə nəzər salmalıyıq. Məhz bu zamandan etibarən ada öz inkişaf xəttinə görə kontinental Çindən ayrılmağa və burada milli kimlik ideyaları formalaşmağa başlayır. Çində baş verən vətəndaş müharibəsi nəticəsində Homindan qüvvələri məğlub olur və Çan Kayşinin rəhbərliyi altında Çin Respublikası Tayvan adasında yerləşməyə məcbur olur. Bunun nəticəsində Tayvan adası kommunistlərin hakimiyyətə gələ bilmədiyi yeganə Çin ərazisi olaraq qaldı.
Açar sözlər: Tayvan, ABŞ, Çin Xalq Respublikası, Homindan, vətəndaş müharibəsi.