AYTƏN KƏRİMLİ
Bakı Dövlət Üniversiteti,
Avropa və Amerika ölkələri tarixi kafedrası
ABŞ STRATEGİYASINDA İRAQ NEFTİNİN ROLU
DOI: https://doi.org/10.36719/2708-065X/107/176-181
Məqalədə Amerika Birləşmiş Ştatlarının İraqdakı qüvvələrinin mövcudluğunda neft amilinin rolu tarixi retrospektivdə araşdırılmışdır. Müəllif ABŞ-ın Fars körfəzi regionunda, xüsusən də İraqda geostrateji, iqtisadi və siyasi maraqlarını təhlil edərək belə qənaətə gəlir ki, İraqın ABŞ tərəfindən işğalı terrorla mübarizə məqsədi daşımamış, ilk növbədə İraqın zəngin enerji ehtiyatlarının işlənməsinə nəzarəti ələ keçirmək olmuşdur. Bu dünya bazarında neftin qiymətini müəyyən etməyə imkan verməklə yanaşı həm də regionda digər beynəlxalq aktyorların hökmranlığının qarşısını almaq və enerji resursları uğrunda mübarizədə rəqabətdən yayınmaq ABŞ-ın maraqlarına uyğun idi. Bu tədqiqatın əhəmiyyəti İraq neftinin Amerika strategiyasındakı rolunun müəyyən edilməsi və enerji resurslarının İraqın işğalında əsas amillərdən birinə çevrilməsinin Yaxın Şərq regionuna təsirlərini araşdırmaqdır.
Açar sözlər: İraq, ABŞ, Yaxın Şərq, işğal, neft, terror, strategiya.