MƏHƏBBƏT SEYİDOVA

Bakı Dövlət Universiteti Beynəlxalq münasibətlər kafedrasının doktorantı

https://orcid.org/0009-0000-1094-8477

[email protected]

 

BEYNƏLXALQ MÜNAQSİBƏTLƏRDƏ DÖVLƏT VƏ

İNSAN TƏHLÜKƏSİZLİYİNİN QARŞILIQLI ƏLAQƏSİ

 

DOI: https://doi.org/10.36719/2708-065X/107/168-175

 

Beynəlxalq münasibətlərdə təhlükəsizlik məsələsi bugünki dünyamızda üzləşdiyimiz qlobal məsə­lələrin birləşdirici komponenti kimi çıxış edir və məhz buna görə beynəlxalq münasibətlərdə mərkəzi mövzu olaraq qalır. Bu həmçinin min illər boyu düşüncələrə hakim kəsilən bir konsepsiyadır. Təhlükə­sizliyin fərdi və ya dövlət səviyyəsində qorunub təmin olunması əsas müzakirə mövzusu olaraq qalır. Bununla bağlı təhlükəsizliyi kim və ya nə təmin etməlidir sualı meydana çıxır. Misal üçün, təhlükəsiz­liyin təmin ediməsi dövlət tərəfindən həyata keçirilməlidir yoxsa bu səlahiyyət tamamilə və ya qismən beynəlxalq təşkilatlara keçməlidir? Bəşəriyyət üçün təhlükəsizliyin nə qədər vacib olduğunu qədim dövrdə insanların kollektiv yaşamasından anlamaq olar. Birgə yaşayış kollektivin bir-birindən və qrup daxilində qorunması zərurətini yaradırdı. Bu səbəbdən təhlükəsizliyə sosial anlayış kimi də baxıla bi­lər. Ənənəvi olaraq, beynəlxalq münasibətlər qlobal sistemdə kimin və ya nəyin təhlükəsiz olması sua­lına dövlət təhlükəsizliyini vurğulayır. Bu, geniş mənada “milli təhlükəsizlik” adlanır.

Ənənəvi nəzəriyyələrdə təhlükəsizlik anlayışı dar çərçivədə - ölkə ərazisinin, dövlət suverenli­yinin və milli vəhdətin kənar (informasiya, psixoloji, hərbi, iqtisadi və sair) təcavüzlərdən təhlükəsiz­liyi və ya beynəlxalq arenada xarici siyasət vasitəsilə milli mənafelərin qorunması kimi müəyyən olunmuşdur. Bu mənada təhlükəsizlik insanlardan çox milli dövlətlərə şamil edilən bir məfhum kimi qəbul edilir. İnsan təhlükəsizliyi ilk növbədə insan hüququdur. Beynəlxalq münasibətlər sistemində təhlükəsizliyin üç əsas paradiqması mövcuddur: milli təhlükəsizlik, beynəlxalq təhlükəsizlik və insan təhlükəsizliyi. İlk iki yanaşma insanların inkişafı üçün zəruri zəmin qismində dövlətə mənəvi üstünlük verir. Dövlətə üstünlük verən iki yanaşmadan fərqli olaraq, təhlükəsizliklə bağlı üçüncü yanaşma mənəvi üstünlüyü insan varlıqlarına və bəşəriyyətə verir və onları mənsub olduğu dövlətlərin və ya beynəlxalq ictimaiyyətin maraqlarından üstün tutur.

Açar sözlər: Milli təhlükəsizlik, beynəlxalq təhlükəsizlik, insan təhlükəsizliyi.



YÜKLƏ [278.22 Kb]
Baxış: 23
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]