ƏSMƏR ŞÜKÜRLÜ

Bakı Dövlət Universitetinin

Türk xalqları tarixi kafedrasının doktorantı

[email protected]

 

QAZAXISTANIN BAKI-TBİLİSİ-CEYHAN BORU KƏMƏRİNƏ

QOŞULMASININ ƏHƏMİYYƏTİ

 

DOI: https://doi.org/10.36719/2708-065X/107/164-167

 

XX əsrin sonlarında SSRİ dağıldıqdan sonra beynəlxalq münasibətlər sistemində müstəqil döv­lətlər yarandı. Yeni yaranmış dövlətlər Xəzər dənizi hövzəsində olan təbii sərvətlərin dünya bazarına çıxarılmasında maraqlı idilər. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bu müqa­vilə region üzrə müstəsna bir addım idi. Dünyanın neft bölgələrindən biri kimi tanınan Xəzər dənizi hövzəsi Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçən 1774 km uzunluğundakı Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Aralıq dənizinə birləşir. Bakı-Tbilisi-Ceyhan neft kəməri ilkin olaraq Azəri-Çıraq-Günəşli yatağındakı neftin nəql edilməsi üçün nəzərdə tutulsa da, karbohidrogen yataqları ilə zəngin olan Qazaxıstan da öz neftinin bir hissəsinin dünya bazarına Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə çıxarılmasının tərəfdarı idi.Qazaxıstan neftini dünya bazarına çıxarmaq üçün Bakı-Tbilisi-Ceyhan boru kəmərinə 2006-cı ildə qoşulmuşdur. Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan neft kəmərinə qoşulması həm iqtisadi, həm də siyasi cəhətdən mühüm rol oynayır. Məqalədə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin yaranmasından, Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan neft kəmərinə qoşulmasından və onun əhəmiyyətindən bəhs olunacaq.

Açar sözlər: Bakı-Tbilisi-Ceyhan boru kəməri, Qazaxıstan, Azərbaycan, Xəzər dənizi, iqtisadi əməkdaşlıq.



YÜKLƏ [209.5 Kb]
Baxış: 54
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]