KÖNÜL QASIMOVA
Azərbaycan Respublikası Prezidenti Yanında
Dövlət İdarəçilik Akademiyasının doktorantı
AZƏRBAYCAN VƏ NATO ÖLKƏLƏRİ ARASINDA
HƏRBİ SAHƏDƏ QARŞILIQLI ƏLAQƏ MODELLERİ
DOI: https://doi.org/10.36719/2708-065X/107/158-163
Məqalə Azərbaycanın NATO-ya üzv ölkələrlə hərbi sahədə qarşılıqlı fəaliyyətinin xüsusiyyətlərinə həsr olumuşdur. Tədqiqatın məqsədi Azərbaycan Respublikasının Alyans ilə hərbi sahədə qarşılıqlı fəaliyyəti nümunəsindən istifadə edərək, onun beynəlxalq arenada öz maraqlarını kifayət qədər uğurla təbliğ edə bilməsini araşdırmaqdır. Müəllif bu məqsədə nail olmaq üçün bu əsər çərçivəsində Azərbaycanın hərbi siyasətinin müxtəlif aspektlərini əhatə edən ədəbiyyatları tədqiq etmiş və Bakını hərbi sahədə, NATO və Rusiya ilə əməkdaşlıq etməyə sövq edən amilləri araşdırılmışdır. Bu məqalədə həmçinin İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana əlverişli siyasi şərait yaradan Bakı ilə NATO-ya üzv ölkələri arasında əməkdaşlığın inkişaf qanunauyğunluqlarını göstərmək nəzərdə tutulur.
Açar sözlər: Azərbaycan, NATO, KTMT, Ermənistan-Azərbaycan münaqişəsi.