MƏŞDİ İSMAYILOV

Bakı Dövlət Universitetinin müəllimi

ORCID iD: 0000-0003-4039-5433

[email protected]

 

SİVİLİZASİYALARIN MORFOLOGİYASI:

NƏZƏRİ-KONSEPTUAL ƏSASLAR

 

DOI: https://doi.org/10.36719/2708-065X/107/146-149

 

Alimlər arasında mədəniyyət və sivilizasiyanın məzmun baxımından qeyri-müəyyənliklər daşıdı­ğına dair demək olar ki, istisnasız olaraq geniş yayılmış konsensus mövcuddur. Mədəniyyət və sivili­zasiya anlayışlarının ayrıca əhatə dairəsindən asılı olmayaraq, hər iki fenomen şübhəsiz qəbul edilə bilən ümumi keyfiyyətə malikdir. Həm mədəniyyət, həm də sivilizasiya insan əməllərindən əvvəl tə­biətdə mövcud olan hadisələr deyil. Onların meydana gəlməsinə, insanlarda doğuşdan var olan qabi­liyyətlərin nəticəsi kimi baxmaq olmaz. Bu halda mədəniyyət və sivilizasiya insanların nə təbiətdə, nə də öz bioloji quruluşunda rast gəlinməyən hadisələrdir. İnsanlar imkanları əhatəsində öz seçimləri ilə mədəniyyət və sivilizasiya yaradırlar. Anlayışlar elmlərin təfəkkür, dərk etmə və izah etmə vasitəsidir. Elmin metodoloji prinsipi və elmi tədqiqat strategiyası ilə elmi nəzəriyyə həmişə fərziyyə olaraq qala­caqdır. Onun üçün nəzəriyyədən gözlənilən qətilik və dəyişməzlik deyil. Ontoloji və qnoseoloji fəaliyyət proseslərini izah edən bütün nəzəriyyələrdə əsas əlaqə və korrelyasiya elementləri “mən” və “başqa­sı” vəziyyətlərini zəruri edir. Fərqli amillərlə formalaşan və müxtəlif nəticələr verən bu münasibətlər həm də tarixi proseslərdə müxtəlif ictimai strukturların və buna görə də fərqli sivilizasiyaların forma­laşmasına şərait yaratmışdır.

Açar sözlər: Sivilizasiya, nəzəriyyə, konseptual əsaslar, mədəniyyət, barbar.



YÜKLƏ [204.63 Kb]
Baxış: 30
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]