AFƏT GÜLƏLİYEVA

Bakı Dövlət Universiteti “Beynəlxalq münasibətlər” kafedrası

siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

[email protected]

 

BEYNƏLXALQ SİSTEMİN FORMALAŞMASINDA

BEYNƏLXALQ MÜQAVİLƏLƏRİN ROLU

 

DOI: https://doi.org/10.36719/2708-065X/107/141-145

 

XX yüzilliyin 50-ci illərində beynəlxalq aləmdə baş verən dəyişikliklər, elm və texnikanın inki­şafı siyasi elmlərə də yeniliklərə gətirdi. Məhz bu yeniliklərin tələbi olaraq təbiət və humanitar elm­lərin uzlaşdırılmış şəkildə öyrənilməsini təklif edən modernist cərəyan formalaşdı. Modernist cərə­yan beynəlxalq münasibətlərə bir-birilə qarşılıqlı əlaqədə olan hissələrdən(elementlərdən) ibarət sis­tem kimi baxmağı təklif edir ki, bu hissələr beynəlxalq münasibətlərin elementləri və ya aktorlarıdır. Nəzəri olaraq beynəlxalq sistem nəzəriyyəsinin praktiki nümunələrini Vestfaliya, Vyana, Versal-Va­şinqton və Yalta-Potstam(və ya BMT sistemi) müqavilələri əsasında formalaşan sistemləri qeyd edə bilərik. Qeyd olunan sistemlərin hər biri müəyyən tarixi dövrün başlanğıcını elan edən müqavilələrə əsaslanıb. Həmin müqavilələrdən irəli gələn şərtlər əsasında dövlətlər arasında münasibətlər forma­laşır və sonradan imzalanacaq ikitərəfli və ya çoxtərəfli müqavilələr heç bir halda sistemin əsasını təşkil edən müqavilələrə zidd ola bilməz. Məqalədə beynəlxalq sistem anlayışına qısa aydınlıq gətirilir, Vestfaliya, Vyana, Versal-Vaşinqton və Yalta-Potsdam müqavilələrinin əsas məqamları təhlil olunur.

Açar sözlər: beynəlxalq sistem, sülh müqavilələri, kollektiv təhlükəsizlik, beynəlxalq hüquq, Vestfaliya, Vyana, Versal-Vaşinqton və Yalta-Potstam.



YÜKLƏ [205.83 Kb]
Baxış: 68
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]