KƏMALƏ RUİNTƏN
Siyasi elmlər üzrə fəlsəfə doktoru,
Bakı Slavyan Universitetinin dosenti
KİBER MƏKAN:
DİPLOMATİYA, YOXSA MÜHARİBƏ MƏKANI?
DOI: https://doi.org/10.36719/2708-065X/107/136-140
XXI əsrdə informasiya texnologiyalarının inkişafı, kiberməkanın və sosial şəbəkələrin rolunun sürətlə artması ictimai diplomatiyanın bir növü olan “e-diplomatiya”, yaxud “kiberdiplomatiya”nın yaranmasına şərait yaradıb. Bu gün kiber məkanda reallıq və uydurmanı bir-birindən fərqləndirmək, bu məkanı tam idarə etmək, onu nəzarətdə saxlamaq çətindir. Bu da təhlükəsiz ictimai kiber məkanın yoxa çıxmasına səbəb olub. Bu səbəbdən bir sıra dövlətlər kiber məkanda öz təhlükəsizliklərini təmin etmək, həmçinin İnternetdə öz fəaliyyətini tənzimləyəcək məqsədilə strategiya işləyib hazırlayırlar.
“İctimai diplomatiya döyüş çəkmələri geyinib” ifadəsini ictimai diplomatiyanın bütün sahələrinə aid etmək doğru olmasa da, onun bir hissəsi olan kiberdiplomatiyanın bir əlində “kökə”, o biri əlində “qamçı” tutduğunu inkar etmək çətindir. Bu gün kiber məkanda üz-üzə durmuş “virtual orduların” da qarşılıqlı olaraq silahlı və zirehli olduğunu nəzərdən qaçırmaq olmaz.
Açar sözlər: kiber məkan; kiberdiplomatiya, netizen, virtual ordu.