XƏYYAM İSMAYILZADƏ
Bakı Dövlət Universiteti
Beynəlxalq münasibətlər kafedrası,
Siyasi elmlər üzrə fəlsəfə doktoru
ABŞ-ÇXR MÜNASİBƏTLƏRİNDƏ
ZİDDİYYƏTLİ MƏQAMLARIN ÜMUMİ SƏCİYYƏSİ
DOI: https://doi.org/10.36719/2708-065X/107/124-128
Məqalədə soyuq müharibə bitdikdən sonra ABŞ-ÇXR arasında əlaqələrin inkişafında ziddiyyətli məqamların, xüsusilə, Tayvan məsələsinin araşdırılması haqqında məlumat verilir. Bu problem uzun illər ərzində iki dövlət arasında daima gərginlik yaratmış, zamanın inkişafından asılı olaraq həll olunması istiqamətində müxtəlif fikirlər formalaşmış, birgə səylər göstərilmiş və ümumi razılıqlar əldə olunmuşdur ki, bütün bunlar geniş şəkildə burada əks olunmuşdur.
Açar sözlər: ABŞ, ÇXR, Tayvan, Yaponiya, BMT, Filippin arxipelaqı, Ümumdünya Ticarət Təşkilatı, soyuq müharibə, diplomatiya, müstəqillik.