ƏSMƏR ŞÜKÜRLÜ
Bakı Dövlət Universitetinin Türk xalqları tarixi kafedrasının doktorantı
QAZAXISTANLA SİYASİ ƏLAQƏLƏRİN İNKİŞAFINDA
HEYDƏR ƏLİYEVİN ROLU
XX əsrin sonları türk dövlətləri müstəqillik əldə etdikdən sonra, Azərbaycan Qazaxıstan əlaqələri beynəlxalq münasibətlər sistemində mühüm yer tutmuşdur. Azərbaycanın rəsmi münasibətlər qurduğu ilk dövlətlərdən biri Qazaxıstandır. Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındır. Hələ sovet dövründə Heydər Əliyevin SSRİ rəhbərliyində mühüm vəzifə tutması, onun Qazaxıstana səfərləri, bölgə xalqını yaxşı tanıması və regionunun dövlət xadimləri, siyasi-ictimai liderləri ilə əlaqələri müstəqillik dövründə Azərbaycan və Qazaxıstan münasibətlərinin inkişafında müstəsna rol oynamışdır. Ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycan və Qazaxıstan arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Məqalədə XX əsrin sonu XXI əsrin əvvəllərində Qazaxıstanla Azərbaycan arasında ikitərəfli siyasi əməkdaşlığın inkişaf etdirilməsində Heydər Əliyevin rolundan bəhs ediləcək.
Açar sözlər: Heydər Əliyev, Azərbaycan, Qazaxıstan, siyasi əlaqələr, rəsmi səfərlər, "Heydər Əliyev ili".