TALEH CƏFƏROV

ADPU-nun Ümumi tarix və tarixin tədrisi

texnologiyası kafedrasının dos.v.i.e,

tarix üzrə fəlsəfə doktoru

[email protected]

ŞƏBNƏM CƏFƏROVA

BDU-nun Türk xalqları tarixi kafedrasının müəllimi,

tarix üzrə fəlsəfə doktoru

[email protected]

 

TÜRKİYƏ DİASPORUNUN FORMALAŞMASI PROSESİ

 

DOI: https://doi.org/10.36719/2708-065X/107/75-80

 

Türkiyə Cümhuriyyətinin diaspor təşkilatları XX əsrin 50-60-cı illərindən etibarən yaranmağa başladı. Bu o deməkdir ki, türk diasporunun təşəkkülü və formalaşması son 60-70 ildə baş tutmuşdur. Qərbi Avropaya üz tutan ilk türk miqrantlar əvvəlçə işçi qüvvədən ibarət olmuş, sonralar bu sıraya intellektual kəsim də daxil olmuşdur. Bu gün dünyanın 192 ölkəsində türk diaspor təşkilatları mövcud­dur. Təkcə Qərbi Avropa ölkələrində (Almaniya, Fransa, Niderland, Belçika) 5 milyon nəfərdən artıq türk diasporu fəaliyyət göstərir. Onların sərvətinin ümumi məbləği 50 milyard dollardan artıqdır. Qər­bi Avropadakı türk diasporunun ən mütəşəkkil olduğu ölkələr sırasında Almaniya, Fransa öncül yer­lərdən birini tutur.

Açar sözlər: Türkiyə diasporu, lobbi, diaspor təşkilatları, struktur.



YÜKLƏ [236.57 Kb]
Baxış: 57
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]