XƏYALƏ AĞAYEVA

A.A.Bakıxanov adına Tarix İnstitutunun doktorantı,

ADU, Regionşünaslıq kafedrasının müəllimi

[email protected]

 

Ə.M.TOPÇUBAŞOVUN İSTANBULDA

QƏRB DÖVLƏTLƏRİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ

GÖRÜŞÜ VƏ ONUN NƏTİCƏLƏRİ

 

DOI: https://doi.org/10.36719/2708-065X/107/57-61

 

Birinci Dünya müharibəsinin sona çatması ilə əlaqədar sülh və müharibədən sonrakı siyasi və iqtisadi məsələləri həll etmək üçün Parisdə beynəlxalq sülh konfransının çağırılmasına qərar verdi­lər. Yeni müstəqillik əldə etmiş Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti də bu konfransda işti­rak etmək üçün Fransanın paytaxtına nümayəndə heyəti göndərmək qərarına gəldi. 1919-cu ilin yan­var ayının 20-dən başlayaraq Azərbaycan nümayəndə heyəti Fransa hökumətindən Parisə getmək üçün icazə gözləyirdi. Qafqazın digər nümayəndə heyətləri (gürcü, erməni və Dağlılar Respublikası) çoxdan Parisə gedib təbliğat işlərinə başlamalarına baxmayaraq, Azərbaycan nümayəndə heyəti üç ay yarım İstanbulda icazə gözləməli oldu.

Açar sözlər: Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyəti, Ə.M.Topçubaşov, İstanbul, Qərb ölkələri, diplomatik görüş.



YÜKLƏ [200.22 Kb]
Baxış: 64
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]