MAHİRƏ ƏZİZOVA

tarix üzrə fəlsəfə doktoru,

Bakı Slavyan Universiteti

https://orcid.org/0000-0003-2793-7664

[email protected]

 

ÇAR RUSİYASININ İŞĞALINDAN SONRA

DƏRBƏNDDƏ APARILAN YENİDƏNQURMA İŞLƏRİ

 

DOI: https://doi.org/10.36719/2708-065X/107/22-26

 

Məqalədə çar Rusiyasının Dərbəndi işğal etdikdən sonra bu bölgədə apardığı yenidənqurma işlərindən bəhs olunmuşdur. Qədim Azərbaycan şəhəri olan Dərbənd 1806-cı il 21 iyunda işğal olun­duqdan sonra bu bölgənin idarəçiliyi imperiya idarəçilik siyasətinə uyğunlaşdırılmağa başladı. Belə tədbirlərdən biri də şəhərin yeni plan əsasında abadlaşdırılması istiqamətində görülən işlər oldu. QAKA-nın verdiyi məlumatlardan məlum olur ki, şəhərin yenidən qurulması zaman keçdikcə ictimai rifahın yüksəlməsinə səbəb olacaqdır. Hökumətin verdiyi təkliflə razılaşanlar nəinki ziyana düşməyə­cəklər, hətta qəzalı vəziyyətdə olan evlərinin söküntü işləri zamanı müəyyən qədər qazanc əldə edə­cəkdilər. Ona görə də əhali daha çox ziyana düşməmək üçün, öz əmlaklarını qurban verməklə şəhə­rin abadlaşdırılması işində iştirak edirdi.

Açar sözlərRusiya imperiyası, Qafqaz komandanlığı, Dərbənd qəzası, şəhər əhalisi, məskunlaşma.



YÜKLƏ [207.83 Kb]
Baxış: 48
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]