ŞƏBNƏM RÜSTƏMOVA
AMEA A.A.Bakıxanov adına
Tarix və Etnologiya İnstitutunun doktorantı
shabnamrustamova23@gmail.com
QƏRBİ AZƏRBAYCAN TARİXİNİN ÖYRƏNİLMƏSİNDƏ
“OSMANLI TƏHRİR DƏFTƏRLƏRİ”NİN ƏHƏMİYYƏTİ
DOI: https://doi.org/10.36719/2708-065X/108/279-286
İri güc mərkəzlərinin köməyi ilə 1918-ci ildə tarixi Qərbi Azərbaycan torpaqlarında (Çuxursəd-İrəvan bölgəsi) özlərinə dövlət yaratmış, bu coğrafiyaya sahiblənmiş və bölgənin bütün türk-müsəlman əhalisinin maddi-mənəvi mədəniyyətini məhv etmiş ermənilər vandalları hələ də özlərini bu torpaqların aborigen sakinləri kimi təqdim edirlər. Erməni yalanlarının ifşasında ilkin mənbələrin, o cümlədən Türkiyənin İstanbul şəhərində yerləşən Başbakanlıq Osmanlı Arxivində qorunub saxlanan Çuxursəd (İrəvan) bölgəsinin XVI əsrin sonu və XVIII əsrin ilk 30 illiyi tarixini özündə ehtiva edən müfəssəl və icmal dəftərlərinin rolu danılmazdır.
Təqdim edilən məqalədə XVIII əsrin I yarısı Azərbaycan tarixinin mühüm qaynağı olan Çuxursəd (İrəvan) bölgəsinin tarixi ilə bağlı Osmanlı məmurları tərəfindən 1725-1727-ci illərdə tərtib edilmiş müfəssəl təhrir dəftərinin (TTD-901) Qərbi Azərbaycan tarixinin öyrənilməsindəki əhəmiyyətindən bəhs edilir. Dəftərlərin ehtiva etdiyi məlumatlara əsasən Qərbi Azərbaycanın inzibati-ərazi bölgüsü, İrəvan şəhərinin təsviri, əhalinin vəziyyəti, Qərbi Azərbaycanın onomastik vahidləri ilə bağlı materiallar yığcam şəkildə nəzərdən keçrilmişdir.
Açar sözlər: Çuxursəd (İrəvan) bölgəsi, İrəvan şəhəri, onomastik vahidlər, Müfəssəl təhrir dəftəri.