AİDA TEYMUROVA
AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutu,
“Atropatena-Albaniya (Qafqaz) tarixi” şöbəsinin doktorantı
QAFQAZ ALBANİYASININ
TARİXİ COĞRAFİYASININ TARİXŞÜNASLIĞI
DOI: https://doi.org/10.36719/2708-065X/108/273-278
Qafqaz Albaniyasının sərhədləri və ərazisi məsələsi albanşünaslığın çox mühüm problemlərindən biri hesab olunur. Bu məsələ barədə bir çox tədqiqatçılar tərəfindən ziddiyyətli fikirlər irəli sürülmüşdür və yekdil rəy yoxdur. Buna görə də Qafqaz Albaniyasının tarixi coğrafiyası məsələsi hazırkı dövrdə mübahisəli, mürəkkəb məsələlərdən biri hesab edilir. Xarici tarixşünaslıqda bu məsələyə dair müxtəlif əsərlər nəşr olunmuşdur. Bu konteksdə məqalənin məqsədi son elmi tədqiqatları nəzərə almaqla Qafqaz Albaniyasının tarixi coğrafiyası məsələsini işıqlandırmaqdır.
Açar sözlər: Qafqaz Albaniyası, Qəbələ, Dərbənd, Aran, Xəzər dənizi.