NURLAN ABBASOV

Bakı Dövlət Universitetinin dosenti

[email protected]

 

DQMV-NİN YARANMASI TARİXİ TƏDQİQATLARDA

 

DOI: https://doi.org/10.36719/2708-065X/108/253-258

 

XX əsr Azərbaycan tarixinin ən əsas məsələlərindən biri olan “Dağlıq Qarabağ” probleminin üzdə görünən və ya göstərilən tərəflərindən başqa gizlədilən həqiqətlər də var. Heç də dünya icti­maiyyətinə göstərildiyi kimi məsum və məzlum olmayan ermənilər və onların yalanlarının dəstəkçisi olan ölkələrin əsil niyyətlərini üzə çıxartmaq və bunu tarixi faktlar ilə etmək tarixşünaslığımız üçün çox vacib məsələdir. Əsirlərdir üzərində çalışılan “Böyük Ermənistan” layihəsinin niyə məhz XX əs­rin 80-ci illərindən başladığını və bu illərdə dünyada, SSRİ-də, Cənubi Qafqazda hansı proseslərin baş verdiyini düzgün təhlil etməklə həm problemin kökünü tapa bilərik, həm də həll yollarını. Eyni zamanda Heydər Əliyev kimliyinin XX əsrin son rübündəki Azərbaycan ilə bağlı bütün məsələlərdə olduğu kimi bu məsələnin həllində də nə qədər əhəmiyyətli bir yerə sahib olduğunu da qeyd etməmək mümkünsüzdür. Tariximizin son günlərində İlham Əliyevin uğurlu diplomatik siyasətinin bu proble­min həllində necə bir çevriliş etməsi nəinki Azərbaycan tarixşünaslığının, son zamanlarda dünya ta­rixşünaslığının diqqətindədir.

Açar sözlər: Dağlı Qarabağ münaqişəsi, ermənilər, sovet rəhbərliyi, Ermənistan SSR, Cənubi Qafqaz, Heydər Əliyev.



YÜKLƏ [225.01 Kb]
Baxış: 27
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]