İRADƏ AVŞAROVA
tarix üzrə fəlsəfə doktoru,
Bakı Dövlət Universitetinin dosenti
AZƏRBAYCANIN QƏRB BÖLGƏLƏRİNDƏKİ BƏZİ MƏİŞƏT-TƏSƏRRÜFAT ABİDƏLƏRİNDƏ ƏKS OLUNAN DİNİ-İDEOLOJİ GÖRÜŞLƏRİN TƏZAHÜRÜ HAQQINDA (TUNC DÖVRÜ ARXEOLOJİ ABİDƏLƏRİ ƏSASINDA)
DOI: https://doi.org/10.36719/2708-065X/108/245-248
Məlumdur ki, dünyanın qədim sivilizasiya məskənlərindən biri olan Azərbaycanın tarixi-coğrafi əraziləri, o cümlədən qərb bölgələri zəngin arxeoloji irsə malikdir. Tədqiqatlar nəticəsində ərazisində dövrün insanlarının həyat tərzi və dini dünyagörüşlərini özündə yaşadan çox sayda yaşayış yerlərinin qalıqları ilə yanaşı, ibadətgahlar, qəbir abidələri və kult təyinatlı artefaktlar aşkar olunmuşdur. Bu baxımdan, tunc dövrü tayfalarının maddi və mənəvi mədəniyyətlərinin elmi araşdırılması mühüm əhəmiyyət kəsb edir.
Açar sözlər: tunc dövrü, ideologiya, heykəlcik, ayin, mənəvi-mədəniyyət.