AYTƏN KƏRİMLİ
Bakı Dövlət Universitetinin Tarix fakültəsinin doktorantı
İRAQDA SİYASİ VƏZİYYƏTİN FORMALAŞMASINDA
ABŞ VƏ TÜRKİYƏNİN ROLU (2010-2012-Cİ İLLƏRDƏ)
DOI: https://doi.org/10.36719/2708-065X/108/177-182
ABŞ-ın işğalından sonra İraq gözlənilən siyasi quruluşa çata bilmədi, iqtisadi və təhlükəsizlik problemləri daha da gərginləşdi, ictimai quruluşu dağıldı və ölkə ümumiyyətlə xaosa sürükləndi. İraqda baş verən hadisələr ABŞ-ın qlobal mövqeyinə, eləcə də regional tarazlıqlara təsir etmişdir. Region ölkəsi olan Türkiyə də İraqla bağlı hadisələrdən təsirlənmiş və təsirlənməyə davam etməkdə idi. “İraq məsələsi” artıq Türkiyə üçün sadəcə bir xarici siyasət məsələsi deyil, onun “daxili siyasət” məsələsi halına gəldiyini söyləmək mümkündür. Bu kontekstdə araşdırmanın məqsədi; İraq probleminin necə inkişaf edəcəyi və ortaya çıxa biləcək mümkün ssenarilər haqqında proqnozlar verməklə mümkün alternativlər və nəticələr haqqında təhlil etməklə Türkiyə üçün mümkün siyasət alternativlərini ortaya çıxarmaqdır.
Açar sözlər: Türkiyə, Yaxın Şərq, ABŞ, BMT, Səddam Hüseyn, İraq, 11 sentyabr.