RUQİYYƏ NAĞIYEVA

Bakı Dövlət Univeristetinin doktorantı

[email protected]

 

SİYASİ ŞÜUR VƏ SOSİAL TƏRƏQQİ VAHİD TAMIN İKİ MÜHÜM KOMPONENTİ KİMİ: QARŞILIQLI ƏLAQƏLƏRİN TƏHLİLİ

 

Siyasi şüur və sosial tərəqqi bir-biri ilə sıx bağlı olmaqla həm də vaid tamın iki mühüm kom­ponenti kimi biri digərini gücləndirir. Siyasi şüur siyasi institutların struktur tərkibini və siyasi pro­seslərin dərk edilməsi və tənqidi təhlilini təşviq etməklə sosial tərəqqiyə yol açır. Bu isə fərdlərə sosial dəyişiklikləri müdafiə etmək və bərabərsizlikləri həll etmək imkanı verir. Öz növbəsində, sosial tərəqqi təhsil və məlumat əldə etmək kimi inkişaf imkanlarını təmin etməklə siyasi şüuru inkişaf etdirir və təkmilləşdirir. Demokratik proseslərdə fəal iştirakçılıq, seçkili orqanlara seçilmiş nümayəndələrin mə­suliyyət daşıması həm siyasi şüuru, həm də sosial tərəqqini gücləndirir. Bununla belə, siyasi şüur və sosial rifah arasındakı əlaqə həm də mürəkkəb xarakterlidir .Çünki ikili arasındakı əlaqələri həm də tarix, mədəniyyət və sosial-iqtisadi şərait və mühit kimi amillər şərtləndirir. Bu baxımdan təhsilə əlça­tanlığın qarşısında olan maneələrin aradan qaldırılması , inklüzivliyin təşviq edilməsi ədalətli sosial tərəqqi üçün vacibdir. Təqdim edilən məqalədə də siyasi şüur və sosial tərəqqi arasındakı qarşılıqlı əlaqə təhlil edilir. Sosial tərəqqi anlayışından bəhs edilir və vətəndaşların ictimai-siyasi proseslərdə fəal iştirakının sosial tərəqqiyə təsirlərinə toxunulur. Həmçinin ümumi siyasi şüur sosial tərəqqinin təmin edilməsində əhəmiyyətli faktor kimi təhlil olunur.

Açar sözlər: Siyasi şüur, sosial tərəqqi, ictimai-siyasi iştirak, vətəndaş cəmiyyəti, siyasi pro­seslər.



YÜKLƏ [690.13 Kb]
Baxış: 122
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]