GÜLŞƏN BABAYEVA
Gəncə Dövlət Universiteti
Sosial fənlər kafedrasının dissertantı
AZƏRBAYCAN DİASPOR TƏŞKİLATLARININ
ERMƏNİ LOBBİSİNƏ QARŞI FƏALİYYƏTLƏRİ (1994-2020-ci illər)
DOI: https://doi.org/10.36719/2708-065X/108/166-172
Danılmaz faktdır ki, erməni diasporu öz təşkilatlanma səviyyəsinə, lobbi təşkilatları şəbəkəsinin təsir gücünə və bədxah təcrübəsinə görə dünyanın ən güclü diasporlarından biridir. Belə bir güclü diasporun bədxaq təcrübəsinin formalaşmasında şübhəsiz “türk” faktoru aparıcı rol oynamışdır. Belə bir sistemli gücün Azərbaycan dövlətinə və xalqına qarşı amansız faəliyyətini və bədxah əməllərinin təsirini 30 ildən çoxdur ki, dərindən hiss edirik. Bu məqalədə atəşkəş dövründə erməni diasporunun Azərbaycan əleyhinə fəaliyyətləri və bu fəaliyyətlərin təsir gücünü azaltmaq və Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan dövlətinin xaricdə yazayan azərbaycanlıları təşkilatlandırmaq məqsədli fəaliyyətləri tədqiq edilmiş, bu təşkilatların gördüyü işlərin təhlili aparılmışdır. Tədqiqat zamanı humanitar və siyasi elmin bir sıra metodlarından istifadə edilmişdir. Bu metodlar arasında müqayisəli təhlil, analogiya, sistemli təhlil, induksiya, sənədlərin təhlili və s. yer alır. Tədqiqatın başlıca elmi yeniliyini erməni diasporunun fəaliyyətinin təsir dairəsinin məhdudlaşdırılması məqsədilə Azərbaycan diasporunun iki müharibə dövründə fəaliyyətinin ətraflı təhlili təşkil edir. Tədqiqatın başlıca nəticəsi ondan ibarətdir ki, Azərbaycan dövlətinin planlı və sistemli fəaliyyəti nəticəsində ölkəmizdən xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması getdikcə genişlənmiş, mənbusu olduqları millətin maraqlarına dəstək verməyə başlamışlar. Bunun nəticəsində, Azərbaycan diasporunun təsir gücü və miqyası genişlənmiş, nəticədə erməni lobbisinin Azərbaycan əleyninə və Qarabağ həqiqətlərini gizlətmək, dezinformasiya yaymaq cəhdləri məhdudlaşdırılmışdır.
Açar sözlər: Azərbaycan diasporu, erməni diasporu, erməni lobbisi, dezinformasiya, lobbiçilik fəaliyyətləri.