ALI EYVAZOV

Bakı Dövlət Universitetinin

Politologiya və Sosiologiya kafedrasının doktorantı

[email protected]

 

PARLAMENTİN ANTİK İZLƏRİ VƏ

İNGİLTƏRƏ NÜMUNƏSİNDƏ İNKİŞAF TARİXİ

 

DOI: https://doi.org/10.36719/2708-065X/108/151-159

 

Bu məqalə parlament institutunun antik dövrdəki izlərindən başlayaraq İngiltərə nümunəsində müasir dövrədək keçdiyi inkişaf mərhələlərini araşdırır. İlk olaraq, antik Yunanıstandakı Ekklesia ad­lanan xalq yığıncaqları və Roma Senatının parlamentin ilkin formaları kimi meydana çıxması təhlil edilir. Bu qrumların qərar qəbul etmə və təmsilçilik funksiyaları müasir parlamentlərin təməl prinsip­lərini formalaşdırmışdır. Daha sonra orta əsrlər mütləqiyyəti dövründə İngiltərə parlamentinin ya­ranması, təşkilati-funksiyonal cəhətdən formalaşması, parlamentin yüksəlişi fonunda monarxiyadan parlamentalizmə keçid prosesi mərhələli surətdə, tarixi-politoloji kontekstdə araşdırılır. İngiltərə par­lamentinin qanunlar üzərində suverenliyinin təmin olunması, icra hakimiyyəti üzərində nəzarət mexa­nizminə əsaslanan yeni siyasi sistem, Parlamentalizmin meydana çıxması və sonrakı əsrlərdə onun inkişafına təsir edən mühüm ictimai-tarixi proseslərin səbəb və nəticələri təhlil edilmişdir.

Açar sözlər: Afina demokratiyası, Ekklesia, Roma Senatı, Maqna Karta, Lordlar Palatası, İcma­lar palatası, İngiltərə Parlamenti, Hüquqlar Haqqında Bill, Şanlı İnqilab, Parlamentalizm, Vest Minster hökuməti.



YÜKLƏ [276.68 Kb]
Baxış: 42
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]