RAUF QURBANOV
Bakı Dövlət Universitetinin doktorantı
TÜRKİYƏ VƏ RUSİYA MÜNASİBƏTLƏRİNİN
AZƏRBAYCANIN QARABAĞ ZƏFƏRİNDƏN SONRAKİ XARİCİ SİYASƏT PRİORİTETLƏRİNƏ TƏSİRİ
DOI: https://doi.org/10.36719/2708-065X/108/123-127
İkinci Qarabağ müharibəsindən sonra əldə olunan uğurun daimi və davamlı olması üçün Azərbaycan Respublikasının xarici siyasətinin əsas prioritetlərinin müəyyən edilməsi vacib əhəmiyyətə malikdir. Cənubi Qafqaz regionunda qədim aktorlar olan Rusiya Federesiyası və Türkiyə Respublikasının Azərbaycan xarici siyasətindəki rolu və təsiri xüsusi önəm kəsb edir. Rusiya tarixin müxtəlif dövrlərində bu regionda mövcud olmuş və burada baş verən hadisələrdə fəal rol oynamışdır. İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana olan mənəvi dəstəyi və əldə olunan uğur onun regiondakı təsirini olduqca artırmış və regionda söz sahibi olan ölkəyə çevirmişdir. Bu hadisə Türkiyənin həmdə qlobal sferada nüfuzunun artamasına gətirib çıxarmışdır.Məqalədə Qarabağ zəfərindən sonra Azərbaycanın xarici siyasətindəki sözügedən aspektlər tədqiq edilir.
Açar sözlər: Azərbaycan Respublikası, Türkiyə Respublikası, Rusiya Federesiyası, xarici siyasət, Qarabağ zəfəri.