PƏRVİZ MƏHƏRRƏMOV

Gəncə Dövlət Universitetinin doktorantı

ORCİD İD: 0000-0002-3584-339

[email protected]

 

HEYDƏR ƏLİYEV VƏ MÜSTƏQİL AZƏRBAYCANDA

DƏMİR YOLU NƏQLİYYATININ İNKİŞAFI

 

DOI: https://doi.org/10.36719/2708-065X/108/115-122

 

Müasir Azərbaycan dövlətçiliyinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyev Azər­baycanın tərəqqi və inkişaf yolunu müəyyənləşdirmiş, müstəqil dövlətçiliyimizin konseptual əsasları­nı işləyib hazırlamışdır. Dahi şəxsiyyət ölkənin iqtisadi tərəqqisində nəqliyyatın özünəməxsus yeri ol­duğunu bilir və Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə bu sahəyə xüsusi diqqət göstərmişdi. Təsadüfi deyil ki, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə respublikanın iqtisadi qüdrə­tini və tranzit potensialını xeyli artdı. Şərqlə Qərb arasında strateji körpü rolunu oynayan Azərbay­can əlverişli tranzit əhəmiyyətli dövlət kimi bölgədəki lider statusunu təmin etdi. Elmi məqalədə Müs­təqil Azərbaycanda iqtisadiyyatın ən vacib sahələrindən biri olan dəmir yolu nəqliyyatının inkişaf strategiyası və qanunvericilik bazasının işlənib hazırlanmasında, onun fasiləsiz və səmərəli fəaliyyə­tinin təşkili və inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna rolu sənədlər və faktlar əsasında araşdırılır.

Açar sözlər: Azərbaycan, Heydər Əliyev, dəmir yolu nəqliyyatı, inkişaf strategiyası, qanunve­ricilik bazası.



YÜKLƏ [230.12 Kb]
Baxış: 40
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]