XALİDƏ MƏLİKOVA
Azərbaycan Respublikasinin Pezidenti yaninda
Dövlət İdarəçilik akademiyası
RUSİYA FEDERASİYASININ YAXIN ŞƏRQ SİYASƏTİ:
ELMİ-POLİTOLOJİ TƏHLİL
DOI: https://doi.org/10.36719/2708-065X/108/105-114
Müasir dövrdə Yaxın Şərqdə gedən geosiyasi mübarizə və rəqabətdə regional və regiondan kənar aktorlar fəal iştirak edirlər. Lakin qütbləşmə iki dövlətin - ABŞ və Rusiyanın ətrafında baş verir. ABŞ SSRİ-nin dağılmasından sonra regionda əldə etdiyi hegemonluğu əldən verməmək uğrunda mübarizə aparmaqdadır, Rusiya isə SSRİ-nin dağılmasından sonra nəinki Yaxın Şərqdə, ümumiyyətlə dünyada itirdiyi mövqeləri bərpa etmək uğrunda mübarizə aparır. Bu mübarizənin gedişində Rusiya, Çin və İranın mövqelərindəki ümumi cəhətlər onlara birgə mövqedən çıxış etməyə imkan verir. ABŞ-ın regionda terrorçuluğu dəstəkləməsi, "kürd kartını" və enerji maraqlarını ortaya qoyması Türkiyəni ehtiyatlı olmağa və Rusiya-Çin-İran birliyinə meyl etməyə vadar edir. Rusiyanın region ölkələrinə münasibətdə balanslı siyasəti daha rəğbətlə qarşılandığı halda, ABŞ-ın liderlik siyasəti keçmiş müttəfiqlərinin də açıq və ya gizli müqaviməti ilə qarşılaşır. ABŞ-ın İzraili "Vaşinqtonun dəyənəyinə"n çevirməsi isə regionda qarşıdurmanı daha da kəskinləşdirir. Məqalədə XXI əsrin 10-20-ci illərində Yaxın Şərqdə yaranmış geosiyasi mənzərənin fonunda getməkdə olan hərbi-siyasi rəqabətin mahiyyəti və məzmunu təhlil edilir və nikbin olmayan perspektivləri göstərilir.
Açar sözlər: Yaxın Şərq, Rusiya, ABŞ, Türkiyə, İran, geosiyasi maraqlar, "ərəb baharı", enerji amili, regional rəqabət, terrora qarşı mübarizə, təhlükəsizlik konsepsiyası, silah ticarəti.