AYAZ HACIYEV
Azərbaycan Respublikası Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının dissertantı
AZƏRBAYCAN RESPUBLİKASININ DAVAMLI İNKİŞAFI
(KONSEPTUAL VƏ PRAKTİKİ İNKİŞAF KONTEKSTİNDƏ)
Ölkəmizin ötən dövr ərzində keçmiş olduğu sosial-iqtisadi inkişaf yolu və dinamikası onun yeni çağırışlar mərhələsində də uğurla davam edəcəyini deməyə əsas verir. Məlum olduğu kimi, hazırda qlobal miqyasda ciddi proseslər getməkdədir. Belə ki, enerji resursları bazarlarında qiymətlərin dəyişkənliyi, ekoloji problemlərin aktuallaşması, dördüncü sənaye inqilabının təsirinin artması, və s. məqamlar günün reallığıdır. Bununla yanaşı, regional və ölkə səviyyəsində yaranmış yeni reallıqlar da sosial-iqtisadi inkişafın xarakterinə öz təsirini göstərir. Məlum olduğu kimi, 30 ilədək bir dövr ərzində işğal altında olan torpaqlar azad edilmiş, həmin ərazilərə həyatın qaytarılması, quruculuq prosesi ölkənin təsərrüfat-iqtisadi həyatına mühüm yeniliklər gətirəcəkdir. Bundan başqa, ölkədə qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafının təmin edilməsi, “yaşıl iqtisadiyyat”a keçidin aktuallaşması, bütün bunlarla yanaşı, insanların layiqli həyat səviyyəsinin təmin edilməsi zərurəti qarşıda vacib çağırışlar olaraq durmaqdadır. Məhz bu çağırışlar iqtisadiyyatın yeni tələblər əsasında inkişafı zərurətini ortaya qoyur. Yeni tələblər isə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də yer almışdır. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əksini tapmış beş Milli Prioritet 2030-cu ilədək reallaşdırılmalıdır.
Acar sözlər: proqnoz, şirkət, sahibkar, konseptual, hesabat, lider.