RƏŞAD QARDAŞOV
Bakı Dövlət Universiteti
İnformasiya və sənəd menecmenti fakültəsinin
Kitabxana informasiya resurslarının idarə edilməsi kafedrasının dosenti,
tarix üzrə fəlsəfə doktoru
UNİVERSİTET KİTABXANALARININ METODİKİ MƏRKƏZİ
(Kitabxanaçılıq peşəsi üzrə fasiləsiz təhsilin təşkili)
DOI: https://doi.org/10.36719/2708-065X/108/87-93
Kitabxanaçılıq peşəsi üzrə fasiləsiz təhsil sistemi kitabxana işçilərinin ixtisasının artırılması ilə əlaqədar ali təhsil müəssisələrində, metodik mərkəzlərdə, ixtisasartırma kurslarında məşğələlərə kömək məqsədilə xüsusi tədris planları əsasında keçirilməlidir. Respublikamızda kitabxanaçılıq peşəsi üzrə fasiləsiz təhsil sisteminin ümumi strategiyasının inkişaf etdirilməsi, vahid iyerarxiya prinsipləri əsasında yeniləşdirilməsi metodik mərkəzlərin bu prosesdə iştirakını tələb edir. Respublikamızda kitabxanaçı kadrların fasiləsiz təhsil sistemində hazırlanması kitabxana işinin metodik təminat sistemi ilə sıx vəhdətdə bir-birini tamamlayan elmi-təcrübi, pedaqoji və metodiki baxımdan əlaqələndirilmiş sistemli fəaliyyətkimi formalaşmasından ibarətdir. Məqalədə yuxarıda göstərilən müddəalar tarixi xronologiyaya uyğun olaraq mərhələli şəkildə şərh edilmişdir. Həmçinin, Universitet kitabxanalarının bu fasiləsiz təhsil sistemində metodik mərkəz kimi fəaliyyətidə qiymətləndirilmişdir.
Açar sözlər: Ali məktəb kitabxanaları, İnformasiya resursları, kitabxana şəbəkəsi, kitabxana resursları, kitabxanaçı kadrlar, metodiki mərkəz.