NAZİM İBADOV

Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, Bakı Dövlət Universieteti

[email protected]

AYNUR ABBASOVA

Bakı Dövlət Universitetinin magistrantı

abbasovva.aynur@gmail.com

 

BEYNƏLXALQ MEDİA SİSTEMİNDƏ

İNFORMASİYA AZADLIĞINA DEMOKRATİK TƏMİNAT

 

DOI: https://doi.org/10.36719/2708-065X/108/81-86

 

Hazırlanmış məqalədə media və media institutu anlayışlarının mahiyyəti araşdırılaraq təhlil olu­nur, media institutunun müasir informasiya cəmiyyətində tutduğu yer və oynadığı rol tədqiq edilir və eyni zamanda bu sahənin cəmiyyət həyatının digər sahələri ilə qarşılıqlı əlaqəsi müəyyənləşdirilir, bunlarla yanaşı Azərbaycan Respublikasında media faktorunun gücü və təşəkkül prosesi nəzərdən keçirilir, mövcud reallıqlar və əldə olunan nəticələrdən söhbət açılır. Media və kütləvi informasiya vasitələrinin günümüzdə təsir gücünün artması prosesi davam edir və hal-hazırda hər kəs öz informasiya ehtiyacını ödəmək üçün məhz bu vasitələrə üz tutur, onların geniş imkanlarından yararlanmağa çalışırlar.

Dünyada və ölkəmizdə media sistemi və mövcud media institutlarını, onların mahiyyəti və səla­hiyyətlərini, cəmiyyət həyatının digər sahələrilə qarşılıqlı əlaqəsini müəyyən etmək, Azərbaycan və dünya mediasını təhlil edərək günümüzdə baş verən aktual məsələlərə olan münasibətlərini aydınlaş­dırmaq, siyasi münasibətlərin təşəkkülündə, siyasi məsələlərin müzakirəsində medianın gücünü araş­dırmaq və eyni zamanda modern informasiya cəmiyyətində yer alan Azərbaycan Respublikasında me­dia və KİV-nin inkişaf göstəricilərini təhlil etmək tədqiqat işinin qarşısında duran vacib məqsədlərdən biridir. Tədqiqatın aparılmasında analiz, sintez, tarixi, müqayisəli, proqnozlaşdırma və s. metodlardan istifadə olunmuşdur. Ümumiyyətlə, bu tədqiqatın sonunda belə qənaətə gəlmək olar ki, hazırda bütün dünyanı özünə cəlb edən texnoloji yenilik və innovasiyaların media sisteminə tətbiqi bu sektorun inki­şafında mühüm köklü dəyişikliklərə səbəb olmuş, media fəaliyyətinin söykəndiyi demokratik prinsiplər informasiya azadlığına, modern və qabaqcıl informasiya cəmiyyətinin təşəkkülünə yol açmışdır.

Açar sözlər: modern informasiya cəmiyyəti, informasiya azadlığı, media, media institutu, KİV, demokratiya, inkişaf, əlaqə.



YÜKLƏ [241.14 Kb]
Baxış: 28
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]