SABİR MƏMMƏDLİ
Bakı Dövlət Universitetinin professoru,
siyasi elmlər doktoru
ORCID ID: 0000-0001-9176-2569
sabir.rm@mail.ru
QAQAUZ TÜRKLƏRİNİN MİLLİ MƏTBUATININ YARANMASI
DOI: https://doi.org/10.36719/2708-065X/108/55-59
Məqalədə qaqauz türklərinin etno-siyasi tarixinə, onların bir etnos kimi formalaşması prosesinə dair xeyli dərəcədə yeni məlumatlar verilir. Qeyd olunur ki, qaqauz türkləri azsaylı xalq olmaqlarına baxmayaraq qədim tarixə malikdirlər, müxtəlif dövlət qurumlarına sahib olmuşlar və əsrlər boyu öz milli xüsusiyyətlərini qoruyub saxlaya bilmişlər. Onların xristian dininə sitayiş etməsi qonşu xalqlarla sıx əlaqə saxlamasına şərait yaratmış və birgə yaşayış mühiti formalaşdırmışdır. Müəllif qeyd etmişdir ki, qaqauz türklərinin milli düşüncəsinin formalaşması prosesində mətbu orqanların xüsusi rolu olmuşdur. Məqalədə ilk qaqauz milli mətbuat orqanı olan “Həqiqətin səsi” qəzetinin yaranması tarixindən və onun naşiri – tanınmış pravoslav din xadimi M.Çakirin fəaliyyətindən ətraflı şəkildə bəhs edilir. “Həqiqətin səsi” missioner qəzeti olsa da, qaqauz türklərinin milli oyanışında və onların vahid ideya ətrafında birləşməsində əvəzsiz rol oynamışdır.
Açar sözlər: Qaqauz Yeri, mətbuat, türk birliyi, din xadimi, milli oyanış, naşir, milli hərəkat.