NURU MƏMMƏDOV
Bakı Dövlət Universitetinin
Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının professoru,
tarix elmləri doktoru
FƏXRƏDDİN USENOV
Gəncə Dövlət Universitetinin dosenti
Faşizm üzərində qələbənin 80 illiyi qarşısında
AZƏRBAYCAN XALQI İKİNCİ DÜNYA MÜHARİBƏSİ İLLƏRİNDƏ
DOI: https://doi.org/10.36719/2708-065X/108/29-36
Məqalədə bəşəriyyətin faşizm təhlükəsindən xilas edilməsində Azərbaycan xalqının böyük rolu və xidmətləri konkret faktlarla və rəsmi sənədlərlə sübut edilir. Qeyd edilir ki, müharibə illərində Sovet ordusunu silahla, döyüş sursatı ilə, yanacaqla və ərzaqla təminatında ən güclü cəbbəxanalardan biri Azərbaycan və neft Bakısı idi. Bakı “motorlar müharibəsini” aparan hərbi texnikanı yanacaqla təmin edən güclü və etibarlı baza, 130 növ silah istehsal edən potensial cəbbəxana, yaralı əsgərləri müalicə edən hərbi hospital şəhərciyi idi. Azərbaycanın kənd əməkçiləri də müharibənin ağırlığını çəkirdilər. Qəhrəman və mərd Azərbaycan xalqı bütün varlığı ilə müharibədə iştirak edirdi. Görkəmli partiya və dövlət xadimləri, o cümlədən ümummilli lider Heydər Əliyev, prezident İlham Əliyev, prezident V.Putin və sovet generalları faşizm üzərində Böyük tarixi Qələbənin qazanılmasında Azərbaycan xalqının qəhrəmanlığını qeyd etmişlər.
Açar sözlər: Azərbaycan xalq, Bakı, sovet ordusu, faşist ordusu, neft, azərbaycanlı döyüşçülər, milli diviziyalar, qəhrəman, tarixi Qələbə.