MUSA RƏHİMOĞLU-QULİYEV
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və
Arxeologiya İnstitutunun aparıcı elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru
GÖRKƏMLİ HƏRBÇİ, İCTİMAİ-SİYASİ XADİM
CƏFƏRQULU XAN NAXÇIVANSKİ-KƏNGƏRLİ
DOI: https://doi.org/10.36719/2708-065X/108/21-28
Məqalədə görkəmli hərbçi, ictimai-siyasi xadim Cəfərqulu xan Naxçıvanskinin-Kəngərlinin həyat və fəaliyyətindən söhbət açılır. Məqalədə həmçinin Cəfərqulu xanın Sankt-Peterburqdakı paj korpusunda oxumasından, Qafqaz ordusunda hərbi xidmətindən danışılır. 1885-ci ildən sonra ordudan istefaya çıxır və Naxçivana qayıdır. Naxçıvan şəhərinin başçısı işləyir, maarifçiliklə və xeyriyyəçiliklə məşğul olur. 1918-1920-ci illərdə Naxçıvanın erməni daşnaklarından müdafiə olunması işinə rəhbərlik etmişdir. Məqalə yeni arxiv sənədləri və çap edilmiş kitablar əsasında yazılmışdır.
Açar sözlər: Naxçıvan, Sankt-Peterburq, paj korpusu, Tver polku, Ərzurum, Axaltəkə ekspedisiyası, Naxçıvan şəhərinin başçısı.