İSMAYIL HACIYEV

Akademik, AMEA Naxçıvan Bölməsi

[email protected]

 

KAMERAL TƏSVİRLƏR KƏNGƏRLİLƏR HAQQINDA

(XIX ƏSRİN 30-cu İLLƏRİ)

 

DOI: https://doi.org/10.36719/2708-065X/108/14-20

 

Məqalədə XIX əsrin 30-cu illərində Rusiyanın məmurları tərəfindən hazırlanmış Kameral təsvir­lər (siyahıyaalma) və bu təsvirlərdə Kəngərli tayfası ilə bağlı məlumatlar, onların ümumiləşdirilməsi və obyektiv nəticəyə gəlinməsindən bəhs edilmişdir. Kameral təsvirlər bir çox mübahisəli məsələlərə aydınlıq gətirir. Kameral təsvirlərdəki hadisələrin XIX əsrin digər müəlliflərinin əsərlərində verilmiş fakt və hadisələrlə müqayisəsi doğru-düzgün nəticəyə əsas yaradır. Kameral siyahı həmin dövrün əvəzsiz tarixi mənbəsidir. Bu siyahıyaalmanın doğruluğu onunla əlaqədardır ki, həmin siyahı əsasında məlumatlar toplanılmış, ümumiləşdirilmiş və buna əsasən vergi və mükəlləfiyyətlər tətbiq edilmişdir. Kəngərli tayfası ilə bağlı məlumatlar siyahılarda əhatəli öz əksini tapmışdır.

Açar sözlər: Naxçıvan əyaləti, Ordubad dairəsi, Rusiya, XIX əsrin 30-cu illəri, Kameral təsvirlər, Kəngərli tayfaları.



YÜKLƏ [242.73 Kb]
Baxış: 25
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]