FƏRRUX MUXTAROV

“Çıraqqala-Şabran”Dövlət Tarix-Mədəniyyət Qoruğununelmi işçisi 

[email protected]

 

ÇIRAQ QALA: TARİXİ, ETİMOLOJİ, ARXEOLOJİ VƏ

ETNOQRAFİK ASPEKTLƏRDƏ TƏHLİLİ

 

DOI: https://doi.org/10.36719/2708-065X/109/243-246

 

Azərbaycan ərazisində yerləşən qədim qalalar yalnız memarlıq deyil, həm də hərbi-strateji, mə­dəni və etnoqrafik baxımdan əhəmiyyətli abidələrdir. Onlardan biri olan Çıraq qala, Şabran rayonu ərazisində yerləşərək əsrlər boyu regionun müdafiəsində və yerli əhalinin həyatında zaman–zaman baş verən üsyanlar, işğallar, müharibələr, təbii hadisələr zamanı xəbərdarlıq mahiyyətli işlərin həyata keçirilməsində mühüm rol oynamışdır. Bu məqalədə Çıraq qalanın arxeoloji, tarixi, etnoqrafik və etimoloji aspektləri komplek sşəkildətəhliledilir. Çıraq qala yalnız hərbi məqsədlərlə deyil, həm də sosial-iqtisadi həyatla bağlı müxtəlif fəaliyyətlərin mərkəzi olmuşdur. Qala ətrafında aparılmış təd­qiqatlar bu ərazidə qədim məskunlaşmaların mövcud olduğunu və əhalinin müdafiə olunmaqla yanaşı, gündəlik fəaliyyətlərini də burada davam etdirdiyini göstərir.

Açar sözlər: istehkamlar, ticarətin müdafiəsi və qalalar, sərhədlərdəki tikili,təsərrüfatda istifadə.



YÜKLƏ [193.63 Kb]
Baxış: 9
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]