ZÜMRÜD QƏHRƏMANOVA

tarix üzrə fəlsəfə doktoru,

Azərbaycan Dövlət Aqrar Universiteti

https//orcid.org/0009-0002-2973-6719

[email protected]

 

QARABAĞDA ERKƏN ORTA ƏSRLƏRDƏ ƏKİNÇİLİK MƏDƏNİYYƏTİ

 

DOI: https://doi.org/10.36719/2708-065X/109/239-242

 

Qarabağ ilk insanların yaşayış məskəni olmuş və ilk sivilizasiya ocaqlarından biridir. Qarabağ qədimdən təsərrüfatın inkişaf etdiyi bölgələrdən biri olmuşdur. Buna səbəb Qarabağın əlverişli tor­paq və iqlim şəraiti, şirin su ehtiyyatları, bir sözlə təbii-coğrafi cəhətdən əlverişli ərazidə olması idi. Bunu sübüt edən tarixi faktlar arxeoloji qazıntılar nəticəsində əldə olunan maddi mədəniyyət nümu­nələri və yazılı qaynaqlardır. Əhalisi oturaq əkinçiliklə məşğul olub arpa, buğda və darı becərirdi. Taxılı biçmək üçün dəmir oraqlardan istifadə olunurdu. Tədqiqatlardan aydın olur ki, əkin sahələri dəmir gavahınlı xışla şumlanmışdır. Buğdanı saxlamaq üçün təsərrüfat quyularından və saxsı küp­lərdən istifadə edilirdi. Su dəyirmanlarından taxıl məhsullarının emalı üçün geniş istifadə olunurdu. Əkinçilikdə dəmyə əkinçilik ilə yanaşı dağətəyi və qismən də dağlıq rayonlarda arxlar, düzən rayon­larda isə (Mil-Qarabağ və Muğan düzənliklərində) Kür və Araz çaylarından çəkilmiş kanallar (Go­vurarx) vasitəsilə suvarılan, yəni süni suvarmaya əsaslanan əkinçilik də geniş yayılmışdı. Erkən orta əsrlərdə ərəblərin hücumuna məruz qalsalar da müəyyən durğunluqdan sonra yenidən təsərüüfatı in­kişaf etmişdir. Arxeoloji qazıntılar nəticəsində əldə edilmiş əkinçilikdə istifadə edilən çoxlu miqdarda əmək alətləri əkinçilik mədəniyyətinin ilk feodalizm dövründə yüksək inkişafının tam aydınlığı ilə gözə çarpırdırır və və əmək məhsuldarlığının inkişafının xeyli artımını göstərir.

Açar sözlər: orta əsr, qazıntı, əkinçilik, Qarabağ, təsərrüfat.



YÜKLƏ [192.31 Kb]
Baxış: 8
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]