FUAD HÜSEYNOV
AMEA-nın Lənkaran Regional Elmi Mərkəzinin elmi işcisi
ƏLİKÖMƏKTƏPƏ ABİDƏSİNİN
SÜMÜKDƏN DÜZƏLDİLMİŞ ƏMƏK ALƏTLƏRİ
DOI: https://doi.org/10.36719/2708-065X/109/233-238
Məqalədə Azərbaycanın Cənub-Şərq bölgəsində arxeoloji tədqiqatlar zamanı aşkar olunmuş Əliköməktəpə eneolit yaşayış yeri sakinlərinin erkən əkinçilik mədəniyyəti dövründə yaratdıqları və təsərrüfat həyatında isifadə etdikləri maddi-mədəniyyət nümünələrinin bir hissəsi sayılan, iri və xırda buynuzlu heyvanların və eləcə də öküz sümüklərindən düzəldilmiş əmək alətlərindən bəhs olunmuşdur. Belə ki, yaşayış yerində əsasən iri və xırda buynuzlu heyvanların lülə və kürək sümüklərindən və xırda buynuzlu heyvanların lülə sümüklərindən, bəzən isə maral buynuzundan düzəldilmiş müxtəlif təyinatlı əmək alətləri aşkar olunaraq, elmi ictimaiyyətə tədqim olunmuşdur. Əliköməktəpənin sümük məmulatları əsasən bizlər, deşici və ya dəlici alətlər, qaşovvari bıçaqlar, şüyürləyicilər, toxalar və müxtəlif bəzək əşyalarından ibarət olmuşdur. Balıq toru toxunmaq üçün istifadə olunan alətlərin və öküzün kürək sümüyündən hazırlanmış biçin alətinin tapılması Əliköməktəpə yaşayış yerini həm Azərbaycanın, həm də Cənubi Qafqazın həmdövr abidələrindən, əmək alətlərinin müxtəlifliyinə və tipoloji xüsusiyyətlərinə görə fərqləndirmişdir.
Məqalədə Əliköməktəpədə aşkar olunan və sümükdən düzəldilmiş müxtəlif əmək alətləri və onların tipoloji xüsusiyyətləri haqqında məlumat verilmiş və həmçinin bu əmək alətləri Azərbaycanın və Cənubi Qafqazın diğər həmdövr abidələrində tapılan analoji əmək alətləri ilə qarşıqlı şəkildə xarekterizə olunmuşdur.
Açar sözlər: Biz, dəlici alət, qaşovvari bıçaq, şüyürləyici, biçin aləti, toxa, oraq, muncuq, sıyırğa.