HACIFƏXRƏDDİN SƏFƏRLİ
AMEA-nın müxbir üzvü, professor
Naxçıvan Dövlət Universiteti
Orcid: 0009-0007-1665-8906
QADINLARIN XATİRƏSİNƏ HAZIRLANMIŞ MÜSƏLMAN
KİTABƏLƏRİ HAQQINDA (Naxçıvan Muxtar Respublikası materialları əsasında)
DOI: https://doi.org/10.36719/2708-065X/109/223-227
Məqalədə Naxçıvan Muxtar Respublikası ərazisində aparılan epiqrafik tədqiqatlar zamanı aşkar olunan qadınların xatirəsinə hazırlanmış kitabələrdən bəhs olunur. Qeyd olunur ki, Orta əsrlər zamanı islam qanunlarına görə, xüsusilə Qurani-Kərimin “Hicab” haqqında ayəsinin tələblərinə əsasən qadınların bədənlərini naməhrəmlərdən gizlətməsi vacib sayılırdı. Bu qadağalar bəzən epiqrafik abidələrdə qadınların adının yazılmasında da özünü göstərirdi. Tədqiqatlarımız göstərir ki, bütün qadağalara baxmayaraq Naxçıvan Muxtar Respublikası ərazisində vəfat edən qadınların bir hissəsinin qəbri üzərində qoyulan başdaşı və sənduqə tipli qəbirüstü xatirə abidələri üzərində həkk olunan kitabələrdə onların adı da qeyd olunurdu. Bu zaman müxtəlif vasitələrdən istifadə edilirdi. Qəbirüstü xatirə abidələri üzərində qadınların adlarının qeyd olunması həmin qadınların kübar ailələrə mənsub olması və cəmiyyətin həyatında tutduqları mövqe ilə əlaqədar olmuşdur.
Açar sözlər: Naxçıvan, Ordubad, başdaşı, qadın, mərhumə, kitabə.