EMİN İBADZADƏ

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik akademiyasının magistrantı

[email protected]

 

KÖNÜLLÜLÜK:

ANLAYIŞIN MAHİYYƏTİ VƏ ƏSAS XÜSUSİYYƏTLƏRİ

 

DOI: https://doi.org/10.36719/2708-065X/109/206-214

 

Bu məqalədə könüllülük anlayışının mahiyyəti, əsas xüsusiyyətləri və sosial strukturdakı rolu araşdırılmışdır. Könüllülük fəaliyyəti cəmiyyətin rifahına yönəlmiş, maddi maraq güdməyən və fərdin şəxsi təşəbbüsünə əsaslanan sosial bir fenomen kimi qiymətləndirilir. Könüllülüyün tarixi kökləri, hu­manist dəyərlərə söykənən prinsipləri və müxtəlif sosial, ekoloji, mədəni, tibbi və idman sahələrində tətbiqi nümunələri təhlil edilmişdir. Məqalədə könüllülük fəaliyyətinin fərdi və qrup əsaslı, mütəşəkkil və qeyri-mütəşəkkil formalarda həyata keçirildiyi vurğulanır. Tədqiqatda könüllülük fəaliyyətinin mo­tivasiya amilləri, təşkilati xüsusiyyətləri və sosial inteqrasiyaya təsiri geniş şəkildə izah olunur. Kö­nüllülük həm fərdi inkişaf, liderlik bacarıqlarının formalaşması, sosial kapitalın genişlənməsi, həm də cəmiyyətin dayanıqlı inkişafına, vətəndaş cəmiyyətinin gücləndirilməsinə və demokratik dəyərlərin möhkəmləndirilməsinə töhfə verir. Könüllülüyün fəlsəfi, sosioloji və iqtisadi baxış bucaqlarından təhlili onun ictimai şüurun inkişafı və sosial məsuliyyət hissinin formalaşmasında əhəmiyyətini ortaya qoyur. Məqalənin məqsədi könüllülüyün sosioloji və institusional bir fenomen kimi dərk edilməsinə töhfə vermək, onun müxtəlif sosial kontekstlərdə rolunu və əhəmiyyətini izah etməkdir. Tədqiqat sosio­loji yanaşma və müqayisəli təhlil metodlarına əsaslanaraq, könüllülük fəaliyyətinin effektivliyini artı­ran amilləri və cəmiyyət üçün yaratdığı dəyərləri ortaya çıxarır.

Açar sözlər: Könüllülük anlayışı, nəzəri yanaşmalar, elmi paradiqmalar, sosioloji müqayisəli təhlil.



YÜKLƏ [283.49 Kb]
Baxış: 24
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]