FİDAN XƏLİLOVA
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının
“Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının doktorantı
ORCID 0000-0002-5874-119X
ERMƏNİ MİLLİYYƏTÇİLİYİNİN FORMALAŞMASININ
TARİXİ ƏSASLARI
DOI: https://doi.org/10.36719/2708-065X/109/191-196
Hər bir xalqın milli kimliyinin formalaşmasında özünəməxsus mənəvi-psixoloji keyfiyyətləri, adət-ənənələri, tarixi böyük rol oynayır. Bu səbəbdən, bir xalqın milli kimliyini, onun etnik-psixoloji xüsusiyyətlərini tədqiq edərkən keçdiyi tarixi inkişaf yolunu araşdırmaq əhəmiyyət daşıyır. Odur ki, bu məqalə erməni milliyyətçiliyinin yaranmasının təməlində duran tarixi faktları araşdırır. Müəllif məqalədə erməni milliyyətçiliyinin formalaşmasına təsir edən bir sıra amilləri vurğulayır. Belə ki, araşdırmada Birinci Dünya Müharibəsi zamanı Osmanlı İmperiyasında baş verən bir sıra hadisələr, həmçinin Fransız İnqilabı və onun təsirləri, erməni üsyanları və s. təhlil olunur. Bununla yanaşı məqalədə qeyd olunan dövrdə Rusiya-Osmanlı münasibətlərinin, o cümlədən digər dövlətlərin geosiyasi maraqlarının erməni milliyyətçiliyinin inkişafına təsirləri müəllif tərəfindən tədqiq olunur.
Açar sözlər: erməni milliyyətçiliyi, Osmanlı İmperiyası, Rusiya, Birinci Dünya Müharibəsi, Fransız inqilabı, erməni üsyanları.