SƏBİNƏ HƏSƏNOVA

Bakı Dövlət Universitetinin doktorantı

[email protected]

 

AZƏRBAYCAN VƏ QƏRB SLAVYAN ÖLKƏLƏRİ ARASINDA

BEYNƏLXALQ ƏLAQƏLƏRİN YARANMASI VƏ İNKİŞAFI

 

DOI: https://doi.org/10.36719/2708-065X/109/181-186

 

Azərbaycan ilə Qərb Slavyan ölkələri arasında beynəlxalq əlaqələrin yaranması XX əsrin son­larından – Azərbaycan Respublikasının müstəqillik qazanmasından sonra sürətlə inkişaf etməyə baş­lamışdır. Bu münasibətlər siyasi, iqtisadi, mədəni və humanitar sahələri əhatə edir. Siyasi sahədə qar­şılıqlı səfərlər, diplomatik nümayəndəliklərin açılması və beynəlxalq təşkilatlarda əməkdaşlıq əlaqə­lərin möhkəmlənməsinə səbəb olmuşdur. İqtisadi münasibətlər enerji sahəsində əməkdaşlıq, investi­siya təşviqi və ticarət dövriyyəsinin artması ilə müşahidə olunur. Azərbaycan Respublikasının zəngin enerji ehtiyatları, xüsusilə neft və qaz ixracı bu əlaqələrdə mühüm rol oynayır. Mədəni sahədə isə qarşılıqlı tədbirlər, ali təhsil mübadilələri və elmi əməkdaşlıq xalqlar arasında anlayış və dostluğun inkişafına xidmət edir. Həmçinin, Qərb Slavyan ölkələrinin Avropa İttifaqında təmsil olunması Azər­baycanın Avropa strukturlarına inteqrasiya səylərində dəstəkçi rol oynamışdır. Ümumilikdə, Azərbay­can və Qərb Slavyan ölkələri arasında əlaqələrin yaranması və inkişafı qarşılıqlı maraq və strateji tərəfdaşlıq prinsipləri əsasında formalaşaraq regionda sülhə və sabitliyə töhfə verir.

Açar sözlər: Azərbaycan Respublikası, Qərb slavyanlar, xarici siyasət, beynəlxalq təşkilatlar, əməkdaşlıq.



YÜKLƏ [208 Kb]
Baxış: 19
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]